12 noyabr 2026. Cümə axşamı

Danimarka Uels üzərində qələbə qazandı


Danimarka Uels üzərində qələbə qazandı

Millətlər Liqasında Danimarka və Uels milliləri üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Danimarkanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə komandalar bir neçə qol imkanından yararlana bilməyib və fasiləyə 0:0 hesabı ilə yollanıblar.

Danimarka ikinci hissənin əvvəlində hesabı açıb. 53-cü dəqiqədə Uels millisinin müdafiəçisi Ben Devis topu öz qapısına göndərib və meydan sahibləri hesabda önə keçiblər.

Uels qısa müddətdə cavab qolu vura bilməyib. Danimarka 66-cı dəqiqədə fərqi artırıb. Qustav İsaksen dəqiq zərbə ilə hesabı 2:0-a çatdırıb.

Qarşılaşmanın qalan bölümündə hesab dəyişməyib və Danimarka doğma meydanda 2:0 hesablı qələbəni rəsmiləşdirib.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq