12 noyabr 2026. Cümə axşamı

Avstriya Kosovonu məğlub etdi


Avstriya Kosovonu məğlub etdi

Millətlər Liqasında Avstriya və Kosovo milliləri qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri görüşdə 3:1 hesablı qələbə qazanıblar.

Avstriya oyuna fəal başlayıb və 23-cü dəqiqədə hesabı açıb. David Affenqruber topu rəqib qapısından keçirərək komandasını önə çıxarıb.

Avstriyalılar fasiləyə qədər ikinci qolu da vurublar. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə Çukvubuyke Adamu fərqlənərək hesabı 2:0-a çatdırıb.

İkinci hissədə də hücumlarını davam etdirən meydan sahibləri 61-ci dəqiqədə üçüncü qolu vurublar. Karni Çukvuemeka dəqiq zərbə ilə Avstriyanın üstünlüyünü 3 topa çatdırıb.

Kosovo matçın sonlarına yaxın fərqi azalda bilib. 83-cü dəqiqədə Edon J eqrova penaltini dəqiq yerinə yetirərək komandasının yeganə qolunu vurub.

Qarşılaşma Avstriyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq