12 noyabr 2026. Cümə axşamı

Van Deyk Serbiya qələbəsini şərh etdi


Van Deyk Serbiya qələbəsini şərh etdi

Niderland millisinin kapitanı Vircil van Deyk Millətlər Liqasının ikinci turunda Serbiya üzərində qazanılan qələbəni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, Van Deyk UEFA-nın mətbuat xidmətinə açıqlamasında komandasının çıxışını dəyərləndirib:

“Üç xal qazandığımız üçün şadıq. Bununla belə, özümüzə qarşı tənqidi olmalıyıq, çünki bu, ən yaxşı oyunumuz deyildi. Meks çox yaxşı çıxış etdi – özünəinamlı oynadı və yaranan imkanlardan istifadə etdi”.

Qeyd edək ki, Belqradda keçirilən qarşılaşmada Niderland 2:1 hesabı ilə qalib gəlib. Qonaqların hər iki qolunu Meks Merdink vurub.iki turdan sonra Niderland millisinin hesabında 4 xal var.

Komanda Millətlər Liqasının növbəti oyununu oktyabrın 1-də səfərdə Yunanıstana qarşı keçirəcək.

 







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq