12 noyabr 2026. Cümə axşamı

“Komanda ilə fəxr edirəm”


“Komanda ilə fəxr edirəm”

Serbiya millisinin hücumçusu Luka Yoviç Millətlər Liqasının ikinci turunda Niderlanda qarşı keçirilən oyunu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, serbiyalı hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın mübarizəsindən danışıb:

“Çox yaxşı oyun keçirdik və sonadək mübarizə apardıq. Buna görə komandamızla fəxr edirəm. Yunanıstanla oyunda istifadə edə bilmədiyim fürsətdən sonra qol vurmağıma sevindim. Lakin hesabı qoruyub saxlaya bilməməyimiz və ya daha bir qol vuraraq bərabərlik əldə edə bilməməyimiz təəssüf doğurur”.

Qeyd edək ki,Belqradda baş tutan qarşılaşmada Serbiya 1:2 hesabı ilə məğlub olub. Yığmanın yeganə qolunu da məhz Yoviç vurub.Bu məğlubiyyət Serbiya millisinin Millətlər Liqasında ardıcıl ikinci yenilgisidir. Komanda qrupda hələ xal qazana bilməyib.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq