12 noyabr 2026. Cümə axşamı

İrlandiya İsraili darmadağın etdi


İrlandiya İsraili darmadağın etdi

İrlandiya millisi Millətlər Liqasında İsraili 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qonaqlar hər üç qolu ilk hissədə vuraraq matçın taleyini fasiləyə qədər həll ediblər.

Hesab 14-cü dəqiqədə açılıb. Troy Parratt İsrailin qapısına yol taparaq İrlandiyanı önə keçirib. Cəmi iki dəqiqə sonra qonaqlar fərqi artırıblar. 16-cı dəqiqədə Adam Ayda fərqlənib.

İrlandiya hücumlarını davam etdirib və 25-ci dəqiqədə hesabı 3:0-a çatdırıb. Bu dəfə Cek Moylan adını tabloya yazdırıb.

İkinci hissədə isə qol olmayıb. İrlandiya millisi ilk 45 dəqiqədə qazandığı üstünlüyü inamla qoruyub, İsrail isə rəqib qapısına yol tapa bilməyib.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq