12 noyabr 2026. Cümə axşamı

Portuqaliya Norveçi məğlub etdi - Holandın qolu qələbəyə kifayət etmədi


Portuqaliya Norveçi məğlub etdi   - Holandın qolu qələbəyə kifayət etmədi

UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin 2-ci turunda Norveç və Portuqaliya milliləri üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Oslodakı “Ullevol” stadionunda keçirilən qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Portuqaliya 17-ci dəqiqədə hesabı açıb. Joau Feliks cərimə meydançasının xəttindən dəqiq zərbə ilə komandasını önə keçirib.

Norveç 51-ci dəqiqədə hesabı bərabərləşdirib. Cərimə zərbəsindən sonra topu tamamlayan Erlinq Holand fərqlənib.

Cəmi üç dəqiqə sonra Portuqaliya yenidən önə keçib. Norveç qapıçısı Erjan Nülandın ötürməsini ələ keçirən Qonsalu Ramuş topu onun üzərindən aşıraraq hesabı 2:1 edib.

58-ci dəqiqədə Ramuş daha bir qol vurub. Lakin VAR müdaxiləsindən sonra qapı qeydə alınmayıb. Hakimlər ofsayd olduğunu müəyyənləşdiriblər.

Portuqaliyanın ulduz hücumçusu Kriştiano Ronaldo isə qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, ilk turda Portuqaliya Uelsi 1:0, Norveç isə Danimarkanı 3:2 hesabı ilə məğlub edib. 3-cü turda Norveç səfərdə Uelslə, Portuqaliya isə Danimarka ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 1-də keçiriləcək.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq