12 noyabr 2026. Cümə axşamı

Yunanıstan Almaniyanı məğlub etdi


Yunanıstan Almaniyanı məğlub etdi

Millətlər Liqasının A Liqasının qrup mərhələsinin 2-ci turunda Almaniya və Yunanıstan milliləri üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Auqsburqdakı “VVK Arena”da keçirilən qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.

Matçın taleyini müəyyənləşdirən yeganə qolu Yunanıstan millisinin yarımmüdafiəçisi Dimitrios Kurbellis 74-cü dəqiqədə vurub.

Qeyd edək ki, ilk turda Yunanıstan Serbiyanı 2:1 hesabı ilə məğlub edib, Almaniya isə Niderlandla 1:1 hesablı heç-heçə edib.

Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliya finalda İspaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının ikiqat qalibidir.







Millətlər liqası

Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq
  • Millətlər liqası
  • 16:44 11.11.2026
Romelu Lukaku Türkiyə ilə oyunu buraxacaq