15 oktyabr 2026. Cümə axşamı

Sandro Tonalidən Arda Gülər barədə diqqətçəkən sözlər


Sandro Tonalidən Arda Gülər barədə diqqətçəkən sözlər

İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali Türkiyə millisinin və Madrid “Real”ının futbolçusu Arda Gülər barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “Madrid Xtra”  “Tottenhem”in yarımmüdafiəçisinin sözlərini belə çatdırıb.

 “Gülər müstəsna texniki bacarıqlara malik inanılmaz futbolçudur. Qarşıdakı oyunda onu diqqətlə izləməliyik. Çünki o, bizim üçün ciddi təhlükə yarada bilər”

Qeyd edək ki, “Skuadra Adzurra” bazar ertəsi Millətlər Liqasında Türkiyə millisinin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Arda Gülər Türkiyə millisinin heyətində keçirdiyi 34 oyunda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsümdə Madrid “Real”ının formasında meydana çıxdığı 7 matçda isə 1 qol və 3 assistlə fərqlənib.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı