13 noyabr 2026. Cümə

Uzun saçlarını çəkdilər, iki futbolçu qırmızı vərəqə aldı - Futbolda GÖRÜNMƏMİŞ HADİSƏ - FOTOLAR


Uzun saçlarını çəkdilər, iki futbolçu qırmızı vərəqə aldı    - Futbolda GÖRÜNMƏMİŞ HADİSƏ - FOTOLAR

CONCACAF Millətlər Liqasında maraqlı hadisə yaşanıb.

90deqiqe.Az-ın məlumatına görə, C Liqasının B qrupunda keçirilən Antigua və Barbuda – Anqilya matçında meydana sonradan daxil olan Aedon Scipio uzun saçları ilə diqqət çəkib.

Ev sahibi komanda qarşılaşmanı 5:0 hesabı ilə qazanıb. Qolları Kristofer Duqlas (2), Dion Pereira, D'Andre Bişop və Kayonte Kayhem Karim Corc vurublar.

Lakin görüşün əsas qəhrəmanı Anqilya millisinin 36 yaşlı yarımmüdafiəçisi Scipio olub. O, 69-cu dəqiqədə Karlton Kartinin əvəzinə meydana daxil olub. Futbolçunun saçları demək olar ki, ayaq biləklərinə qədər uzanır.

Maraqlısı isə odur ki, Scipio ilə mübarizə zamanı saçını çəkən iki rəqib futbolçu qırmızı vərəqə ilə meydandan qovulub.

Belə ki, 72-ci dəqiqədə Keon Kevin Qrin, 90+3-cü dəqiqədə isə Şalon Nayt Scipionun saçlarını çəkdikləri üçün birbaşa qırmızı vərəqə alıblar.

Beləliklə, Antigua və Barbuda matçı 9 futbolçu ilə başa vurub. Qələbədən sonra komanda 3 xalla və top fərqinə görə B qrupunda liderliyə yüksəlib. Eyni xala malik Aruba ikinci, xalsız Anqilya isə üçüncü pillədə qərarlaşıb.

 







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”