13 noyabr 2026. Cümə

“Kurtuanın burada olmamasından çox məmnunam”


“Kurtuanın burada olmamasından çox məmnunam”

Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Millətlər Liqasında Belçikaya qarşı keçiriləcək matçda Tibo Kurtuanın iştirak etməyəcəyindən məmnun olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Kamavinqa mətbuat konfransında Kurtuanın yoxluğuna münasibət bildirib:

“Milli komandaya yollanmazdan əvvəl onunla danışmışdıq. Amma sualınıza cavab olaraq deyə bilərəm ki, bəli, onun burada olmamasından çox məmnunam”.

Qeyd edək ki, “Real Madrid”in qapıçısı DÇ-2022-dən sonra Millətlər Liqası oyunlarında iştirak etməmək qərarına gəlib.

Əlavə edək ki, Fransa və Belçika bu gün – sentyabrın 28-də Brüsseldə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Fransa Millətlər Liqasının əvvəlki turunda Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Belçika isə İtaliya üzərində 2:0 hesablı qələbə qazanıb.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”