29 sentyabr 2026. Çərşənbə axşamı

“İspaniyanı məğlub etmək mümkündür”


“İspaniyanı məğlub etmək mümkündür”

Xorvatiya millisinin yarımmüdafiəçisi Mateo Kovaçiç İspaniyaya qalib gəlməyin mümkün olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Kovaçiç mətbuat konfransında İspaniyanın uzunmüddətli məğlubiyyətsiz seriyasına diqqət çəkib:

“Onların dünya çempionu olduğunu və 39 oyundur məğlub olmadıqlarını bilirik. Lakin bu barədə düşünmək istəmirik. Öz oyunumuz üzərində cəmləşməli, mübarizə aparmalı və onların əsas silahı olan topa sahib olmasının qarşısını almağa çalışmalıyıq. Biz qalib gəlmək istəyirik”.

Xorvatiyalı futbolçu İspaniyanın hazırkı nəslinin yüksək səviyyəsini də vurğulayıb. O, Rodri, Pedri və Lamin Yamalın oyununu izləməkdən zövq aldığını deyib.

Kovaçiç komandasının rəqibdən çəkinmədiyini də bildirib:

“İspan futbolçuları möhtəşəmdir, amma biz heç kimdən qorxmuruq. Bütün rəqiblərimizə, xüsusilə dünya çempionlarına hörmətlə yanaşırıq. İspaniya ayrı-ayrı futbolçularla yanaşı, komanda şəklində də çox güclüdür. Özümüzü itirməməli, oyunumuz üzərində cəmləşməli və mübarizə aparmalıyıq. İspaniyanı məğlub etmək mümkündür”.

Qeyd edək ki, komandalar UEFA Millətlər Liqasının II turu çərçivəsində sentyabrın 29-da Sevilyada üz-üzə gələcək.

Xorvatiya turnirdə ilk oyununda Çexiyanı 2:1 hesabı ilə məğlub edib. İspaniya isə İngiltərə üzərində 3:2 hesablı qələbə qazanıb.







Millətlər liqası

“İspaniyanı məğlub etmək mümkündür”
  • Millətlər liqası
  • 23:46 28.09.2026
“İspaniyanı məğlub etmək mümkündür”
Yunanıstan Almaniyanı məğlub etdi
  • Millətlər liqası
  • 01:02 28.09.2026
Yunanıstan Almaniyanı məğlub etdi