- Millətlər liqası
- 23:59 28.09.2026
Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç UEFA Millətlər Liqasının II turunda İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə mətbuat konfransda danışıb.
“Onlar dünya çempionudurlar və şübhə etmirəm ki, bu, xüsusi oyun olacaq. Lakin biz onların qələbəsini asanlaşdırmaq fikrində deyilik. Artıq görünür ki, həm fərdi, həm də komanda şəklində ən yüksək səviyyədə oynadıqda İspaniyaya qarşı mübarizə aparmaq mümkündür.
İspaniyaya qarşı oyunda istifadə edə biləcəyimiz məqamlar var. Onlarla bərabər səviyyədə oynamaq üçün ən yüksək səviyyəmizi ortaya qoymalıyıq. Bizə möcüzə lazım deyil – inam və keyfiyyət lazımdır”
Mütəxəssis qarşılaşmada tətbiq etməyi planlaşdırdıqları taktika barədə də danışıb:
“Oyun həyat kimidir, uzun davam edir. Bəzən səbir etmək lazım gəlir. Çexiya ilə matçda artıq bunun öhdəsindən gəlmişik. Belə məqamlarda soyuqqanlılığı qorumaq lazımdır.
Biz kompakt oynayacağıq. Yəqin ki, topa sahib olma üstünlüyü İspaniyada olacaq. Lakin top tamamilə onların nəzarətinə keçməməlidir. Mümkün qədər tez-tez irəli çıxmalıyıq. Bunu demək asandır, həyata keçirmək isə daha çətindir.
Bunu bacara biləcəyini göstərən futbolçularımız var. 2012-ci ildə də buna bənzər şəkildə oynamışdıq. Rəqibə hörmət etməli və özümüzə inanmalıyıq”.
Qeyd edək ki, qrup liderlərinin qarşılaşması sentyabrın 29-da keçiriləcək.
Millətlər Liqasının ilk turunda Xorvatiya Çexiyanı 2:1 hesabı ilə məğlub edib. İspaniya isə İngiltərə üzərində 3:2 hesablı qələbə qazanıb.