13 noyabr 2026. Cümə

Türkiyə doğma meydanda İtaliyaya uduzdu


Türkiyə doğma meydanda İtaliyaya uduzdu

UEFA Millətlər Liqasının A Liqasında II turun Türkiyə - İtaliya matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Bursadakı “Bursa Böyükşəhər Bələdiyyə” stadionunda keçirilən qarşılaşmada İtaliya millisi meydan sahiblərini 4:1 hesabı ilə məğlub edib. Görüşü baş hakim Maykl Oliver idarə edib.

İtaliya 9-cu dəqiqədə Alessandro Bastoninin qolu ilə hesabı açıb. Davide Frattezi 22-ci dəqiqədə fərqi iki topa çatdırıb. Mikael Kayode 27-ci dəqiqədə İtaliyanın üçüncü qolunu vurub.

Türkiyə 47-ci dəqiqədə Barış Alper Yılmazın qolu ilə fərqi azaltsa da, Françesko Esposito 51-ci dəqiqədə italiyalıların dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, növbəti turda Türkiyə oktyabrın 2-də Belçikanı qəbul edəcək. Eyni gün İtaliya Fransa ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Millətlər Liqasının son qalibi Portuqaliyadır. Portuqaliya finalda İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib (2:2). Portuqaliya millisi turnirdə iki dəfə çempion olub.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”