13 noyabr 2026. Cümə

Fransa Belçikanı məğlub etdi


Fransa Belçikanı məğlub etdi

UEFA Millətlər Liqasının A Liqasında II turun Belçika - Fransa oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Brüsseldəki “Roi Boduen” stadionunda keçirilən qarşılaşmada Fransa millisi Belçikanı 1:0 hesabı ilə məğlub edib. Görüşü sloveniyalı baş hakim Rade Obrenoviç idarə edib.

Matçın taleyini 88-ci dəqiqədə fransalı vinger Maykl Olize həll edib. O, topu öz meydanından sürərək rəqib müdafiəsini keçib və fərqlənərək komandasına qələbə qazandırıb.

Fransanın əsas hücumçusu Kilian Mbappe isə zədə səbəbindən görüşdə iştirak etməyib.

Qeyd edək ki, qrupun I turunda Belçika İtaliyanı 2:0, Fransa isə Türkiyəni 1:0 hesabı ilə məğlub edib.

III turda Fransa oktyabrın 2-də İtaliyanı, Belçika isə Türkiyəni qəbul edəcək.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”