13 noyabr 2026. Cümə

İsveç Polşanı məğlub etdi


İsveç Polşanı məğlub etdi

UEFA Millətlər Liqasının B Liqasında II turun İsveç - Polşa oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Stokholmdakı “Strawberry Arena”da keçirilən qarşılaşmada İsveç millisi Polşanı 3:1 hesabı ilə məğlub edib. Görüşü ispaniyalı baş hakim Xavyer Alberola Roxas idarə edib.

İsveç 9-cu dəqiqədə Bencamin Nyugrenin qolu ilə hesabı açıb. Polşa 43-cü dəqiqədə Sebastyan Şimanskinin qolu ilə hesabı bərabərləşdirib.

İsveç ikinci hissədə yenidən önə keçib. Yasin Ayari 64-cü dəqiqədə komandasını hesabda irəli çıxarıb. Viktor Dyökeres isə 72-ci dəqiqədə İsveçin üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra İsveç 6 xalla B Liqasının 4-cü qrupunda turnir cədvəlinə başçılıq edir. Polşa isə 1 xalla üçüncü pillədə qərarlaşıb.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”