13 noyabr 2026. Cümə

Bosniya və Herseqovina Rumıniyanı məğlub etdi


Bosniya və Herseqovina Rumıniyanı məğlub etdi

UEFA Millətlər Liqasında Bosniya və Herseqovina millisi Rumıniyanı 4:2 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qonaqlar görüşə fəal başlayıblar. Armin Gigoviç 12-ci dəqiqədə Bosniya və Herseqovinanın hesabını açıb. Cəmi 7 dəqiqə sonra Tarik Muxaremoviç fərqi iki topa çatdırıb.

Rumıniya 28-ci dəqiqədə Daniel Bırlidjanın qolu ilə fərqi azaldıb. Lakin Bosniya və Herseqovina fasiləyə qədər yenidən iki top fərqi ilə önə keçib. Haris Tabakoviç 40-cı dəqiqədə hesabı 3:1 edib.

İkinci hissənin 55-ci dəqiqəsində Ermin Maxmiç Bosniya və Herseqovinanın dördüncü qolunu vurub – 1:4.

Rumıniya 62-ci dəqiqədə Aleksandru Çikıldeunun qolu ilə fərqi iki topa endirsə də, qarşılaşmada daha qol olmayıb.

Beləliklə, Bosniya və Herseqovina Rumıniya üzərində 4:2 hesablı qələbə qazanıb.







Millətlər liqası

Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib
“Niderland futbolu De Bruyneyə uyğundur”
  • Millətlər liqası
  • 23:27 12.11.2026
“Niderland futbolu De Bruyneyə uyğundur”