14 noyabr 2026. Şənbə

Milli komandaların oyunları zamanı 10 ulduz futbolçu zədələndi


Milli komandaların oyunları zamanı 10 ulduz futbolçu zədələndi

2026/2027 mövsümündə milli komandaların oyunları ilə bağlı ilk fasilə hələ başa çatmayıb.

90deqiqe.Az-ın məlumatına görə, buna baxmayaraq, artıq bir sıra tanınmış futbolçular zədələnib.

İndiyədək milli komandaların düşərgəsində zədə alan futbolçular arasında Kilian Mbappe, Camal Musiala, Kay Haverts, Brayan Brobbi, Aleksandr İsak, Erik Qarsiya, Kodi Qakpo, Rafinya, Martin Edeqor və Nussair Mazraui yer alıb.

Hazırda diqqət mərkəzində olan futbolçulardan biri Rafinyadır. “Barselona”nın hücumçusu Braziliya millisinin oyununda ilk hissədən sonra əvəzlənib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu ilə bağlı yekun məlumatın tibbi müayinədən sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2026-cı ildə milli komandaların sentyabr və oktyabr aylarında keçirilməli olan oyunları ilə bağlı fasilələr birləşdirilib. Bu səbəbdən futbolçuların milli komandaların düşərgəsində daha uzun müddət qalması nəzərdə tutulub.







Millətlər liqası

Moldova millisi Qazaxıstanı məğlub edib
  • Millətlər liqası
  • 23:32 13.11.2026
Moldova millisi Qazaxıstanı məğlub edib
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
  • Millətlər liqası
  • 22:38 13.11.2026
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib