14 noyabr 2026. Şənbə

“Futbolçuların oyun vaxtına nəzarət edə bilmərəm”


 “Futbolçuların oyun vaxtına nəzarət edə bilmərəm”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel sıx oyun qrafikinə baxmayaraq, Millətlər Liqasında Çexiyaya qarşı keçiriləcək matçda heyətdə rotasiyaya əl atmaq niyyətində olmadığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, İspaniyaya 2:3 hesabı ilə məğlubiyyətdən sonra fikirlərini bölüşən Tuxel futbolçularına güvəndiyini vurğulayıb.

“Mən futbolçuların oyun vaxtına nəzarət edə bilmərəm. Bu, sadəcə olaraq mümkün deyil. Nə üçün bunu etməli və futbolçularda tempi aşağı salmağın, yalnız bir hissə oynamağın və ya matçı buraxmağın normal olduğu təəssüratını yaratmalıyam? Mən bunu heç vaxt etməyəcəyəm. Bu, ağılsızlıqdır”, – deyə mütəxəssis bildirib.

Jurnalistlərin Premyer Liqa klublarının baş məşqçilərinin futbolçuların oyun vaxtı ilə bağlı istəklərini nəzərə alıb-almayacağı barədə sualı isə Tuxelin sərt reaksiyasına səbəb olub.

“Mən Premyer Liqa klublarının baş məşqçilərindən gələn zənglərə cavab vermirəm. Mən klub futbolunda çalışdığım vaxt heç vaxt milli komandaların baş məşqçilərinə zəng etməmişəm”, – deyə Tuxel qeyd edib.

Qeyd edək ki, görüş sentyabrın 29-da Praqada keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çexiya Millətlər Liqasının ilk turunda Xorvatiyaya 0:1 hesabı ilə məğlub olub.







Millətlər liqası

Moldova millisi Qazaxıstanı məğlub edib
  • Millətlər liqası
  • 23:32 13.11.2026
Moldova millisi Qazaxıstanı məğlub edib
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
  • Millətlər liqası
  • 22:38 13.11.2026
Biliç Harri Keyni Luka Modriçlə müqayisə edib
Albaniya millisi Finlandiyaya qalib gəlib
  • Millətlər liqası
  • 02:02 13.11.2026
Albaniya millisi Finlandiyaya qalib gəlib
Belarus millisi San-Marinoya qalib gəlib
  • Millətlər liqası
  • 01:57 13.11.2026
Belarus millisi San-Marinoya qalib gəlib