14 noyabr 2026. Şənbə

Lamin Yamal Millətlər Liqasında növbəti dəfə erkən fərqləndi


Lamin Yamal Millətlər Liqasında növbəti dəfə erkən fərqləndi

“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamal Millətlər Liqasının qrup mərhələsində ardıcıl ikinci oyunda matçın ilk dəqiqələrində fərqlənib.

90deqiqe.Az-ın məlumatına görə, bu dəfə 18 yaşlı hücumçu Xorvatiya millisinin qapısına yol tapıb. Yamal əvvəlki görüşdə isə İngiltərə ilə oyunun ikinci dəqiqəsi tamam olmamış hesabı açmışdı.

İspaniya və Xorvatiya turnirdə ilk oyunlarından qələbə ilə ayrılıb. Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edib. Xorvatiya isə Çexiyanı səfərdə 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, çexlərin qapısına qollardan birini vuran 41 yaşlı Luka Modriç İspaniya ilə görüşə ehtiyat oyunçular skamyasında başlayıb.

Çexiya – İngiltərə qarşılaşması isə paralel olaraq Praqada keçirilir. Görüşdə hələ hesab açılmayıb.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib