15 noyabr 2026. Bazar günü

İspaniya Xorvatiyanı darmadağın etdi


İspaniya Xorvatiyanı darmadağın etdi

Millətlər Liqasının A Liqasının qrup mərhələsinin 2-ci turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda keçirilən qarşılaşmanı baş hakim Serdar Gözübüyük idarə edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya millisinin hücumçusu Lamin Yamal 2-ci dəqiqədə hesabı açıb. 28-ci dəqiqədə Xorvatiyanın forvardı Dion Belo hesabı bərabərləşdirib. Bundan cəmi üç dəqiqə sonra Mark Pubil İspaniyanı yenidən önə keçirib.

İkinci hissədə Yamal 63-cü dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. Qarşılaşmanın sonlarına yaxın isə İspaniya millisinin vingeri Niko Uilyams hesabı 4:1-ə çatdırıb.

Qrup mərhələsinin növbəti turunda İspaniya oktyabrın 3-də Çexiya ilə qarşılaşacaq. Həmin gün Xorvatiya İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Ötən turnirin finalında portuqallar İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb.







Millətlər liqası

Norveç Uels üzərində inamlı qələbə qazandı
  • Millətlər liqası
  • 23:01 14.11.2026
Norveç Uels üzərində inamlı qələbə qazandı
“Mbappenin varlığı hər şeyi dəyişir”
  • Millətlər liqası
  • 22:43 14.11.2026
“Mbappenin varlığı hər şeyi dəyişir”