15 noyabr 2026. Bazar günü

İngiltərə Çexiyanı məğlub etdi


İngiltərə Çexiyanı məğlub etdi

UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin 2-ci turunda Çexiya və İngiltərə milliləri qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Praqadakı “Fortuna Arena”da keçirilən görüşdə İngiltərə 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmanı türkiyəli baş hakim Halil Umut Meler idarə edib.

Oyunun 25-ci dəqiqəsində Çexiya millisinin yarımmüdafiəçisi Pavel Şulç qırmızı vərəqə alaraq meydandan qovulub.

İngiltərə azlıqda qalan rəqibinin müqavimətini ikinci hissədə qırıb. 47-ci dəqiqədə Entoni Qordon hesabı açıb. 69-cu dəqiqədə isə Harri Keyn fərqi iki topa çatdırıb.

Bu nəticədən sonra Çexiya millisi 0 xalla qrupda sonuncu pillədə qərarlaşıb. İngiltərə isə 3 xalla ikinci sırada yer alıb.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Ötən mövsümün finalında Portuqaliya İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.







Millətlər liqası

Norveç Uels üzərində inamlı qələbə qazandı
  • Millətlər liqası
  • 23:01 14.11.2026
Norveç Uels üzərində inamlı qələbə qazandı
“Mbappenin varlığı hər şeyi dəyişir”
  • Millətlər liqası
  • 22:43 14.11.2026
“Mbappenin varlığı hər şeyi dəyişir”