14 oktyabr 2026. Çərşənbə

Albaniya San-Marinonu darmadağın etdi


Albaniya San-Marinonu darmadağın etdi

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Albaniya və San-Marino yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Albaniya millisi rəqibinin qapısından üç cavabsız top keçirərək 3:0 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ilk dəqiqələrindən təşəbbüsü ələ alan albaniyalılar 21-ci dəqiqədə hesabı açıblar. Anis Mehmeti rəqib qapısına yol taparaq komandasını önə keçirib.

Cəmi 6 dəqiqə sonra Mürto Uzuni Albaniyanın üstünlüyünü iki topa çatdırıb.

İkinci hissədə San-Marino hesab arasındakı fərqi azaltmağa və oyuna qayıtmağa çalışsa da, meydan sahibləri rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilməyib.

Albaniya isə oyunun gedişinə nəzarəti davam etdirib və 65-ci dəqiqədə fərqi üç topa çatdırıb. Rey Manay San-Marinonun qapısını dəqiq nişan alaraq qarşılaşmada son nöqtəni qoyub.

Beləliklə, Albaniya Millətlər Liqasında inamlı qələbə qazanıb.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı