- Millətlər liqası
- 01:31 30.09.2026
“Barselona”nın vingeri Lamin Yamal İspaniya millisinin heyətində 10-cu qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu çərşənbə axşamı Millətlər Liqasının Xorvatiya ilə oyununda dubl edib. Yamal 2-ci və 63-cü dəqiqələrdə fərqlənib. Onun ikinci qolu milli komandadakı yubiley 10-cu qolu olub.
Qeyd edək ki, Yamal bu göstəriciyə Kriştiano Ronaldo və Lionel Messidən daha erkən çatıb. Portuqaliyalı və argentinalı ulduzlar milli komandada 10-cu qollarını 21 yaşında vurublar.
Ümumilikdə Lamin Yamal İspaniya millisinin heyətində 35 oyuna çıxıb və 14 məhsuldar ötürmə edib.