14 noyabr 2026. Şənbə

Slovakiya Qazaxıstanı məğlub etdi


Slovakiya Qazaxıstanı məğlub etdi

Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstan yığmaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Slovakiya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Slovaklar 26-cı dəqiqədə hesabı açıblar. Leo Sauer hücumu dəqiq zərbə ilə tamamlayaraq komandasını önə keçirib.

Qazaxıstan buraxılan qoldan sonra ruhdan düşməyib və cəmi 9 dəqiqə sonra hesabı bərabərləşdirib. 35-ci dəqiqədə Ramazan Kərimov fərqlənərək hesabı 1:1 edib.

İlk hissənin qalan bölümündə komandalar başqa qol vura bilməyib.

Qarşılaşmanın sonlarına yaxın Slovakiya yenidən önə keçib. 82-ci dəqiqədə David Hancko topu rəqib qapısından keçirərək hesabı 2:1 edib.

Qazaxıstanın hesabı bərabərləşdirmək üçün kifayət qədər vaxtı olsa da, qonaqlar yaranan imkanlardan yararlana bilməyib.

Beləliklə, Slovakiya Millətlər Liqasında Qazaxıstan üzərində 2:1 hesablı qələbə qazanıb.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib