1 oktyabr 2026. Cümə axşamı

İspaniya 40 oyunluq məğlubiyyətsiz seriya ilə tarixə düşdü


İspaniya 40 oyunluq məğlubiyyətsiz seriya ilə tarixə düşdü

İspaniya millisi azarkeşlərini sevindirməkdə davam edir. Luis de la Fuentenin rəhbərlik etdiyi komanda doğma meydanda Xorvatiyanı 4:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, bu qələbə İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyasını 40-a çatdırıb. Bu müddətdə ispanlar 31 qələbə qazanıb, 9 dəfə isə heç-heçə edib.

“Squawka”nın məlumatına görə, bu, kişi milli komandaları tarixində rekord məğlubiyyətsiz seriyadır.

Qeyd edək ki, “qırmızı furiyanın” heyətində Lamin Yamal dubl edib, Mark Pubil və Niko Uilyams isə hərəyə bir dəfə fərqləniblər.2025-ci il Millətlər Liqasının finalında penaltilər seriyasında yaşanan məğlubiyyət bu statistikaya daxil edilmir. UEFA da daxil olmaqla bir sıra mənbələr belə nəticəni heç-heçə kimi qeydə alır.

İspaniya əsas vaxtda sonuncu məğlubiyyətini 22 mart 2024-cü ildə keçirib. Həmin gün ispanlar yoldaşlıq görüşündə Kolumbiyaya 0:1 hesabı ilə uduzublar.







Millətlər liqası