1 oktyabr 2026. Cümə axşamı

Ronaldo ehtiyatda qaldı, sonra düşərgəni tərk etdi


Ronaldo ehtiyatda qaldı, sonra düşərgəni tərk etdi

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun baş məşqçi Jorje Jezuşun açıqlamalarından sonra milli komandanın düşərgəsini tərk etdiyi iddia olunur.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, Ronaldonun komandanın düşərgəsindən ayrılmasına səbəb UEFA Millətlər Liqasında Norveçlə oyundan sonra yaşananlar olub.

Portuqaliya Norveçi 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Ronaldo start heyətində yer almayıb. Jorje Jezuş hücum xəttində Joao Feliks və Qonsalu Ramuşa üstünlük verib. Hər iki futbolçu görüşdə fərqlənib və Portuqaliyanın qələbəsinə töhfə verib.

Ronaldo ikinci hissədə isinməyə çıxsa da, oyuna daxil olmayıb və qarşılaşmanı tam olaraq ehtiyat oyunçular skamyasında keçirib. Görüşdən sonra isə birbaşa paltardəyişmə otağına yollanıb.

İddiaya görə, Ronaldo ertəsi gün keçirilən məşqdə də digər ehtiyat futbolçularla birlikdə çalışmayıb.

Jorje Jezuş mətbuat konfransında Ronaldo ilə oyun günü axşam yeməyindən əvvəl söhbət etdiyini bildirib:

“Sənə verə biləcəyim sözü verirəm. Baş məşqçi mənəm. Futbolçuya oynatmayacağımı dedim. Səni ehtiyatda saxlayacağam. Əgər 30 dəqiqəyə ehtiyacım olsa, oynayacaqsan, ehtiyac olmasa, oynamayacaqsan. Heç bir futbolçu mənim fikrimi dəyişə bilməz. Nə o, nə də başqası”.

72 yaşlı mütəxəssis komandada hər hansı böhranın olmadığını da vurğulayıb:

“Ortada heç bir problem yoxdur. Bir çox futbolçu ilə problem yaşamışam, amma bundan dram yaratmayın. Futbolçu 20-30 dəqiqə isinib oyuna daxil olmayanda xoşbəxt olmur. Kriştiano da, Maradona da, Pele də belədir. Mənim 23 futbolçum var. Bura Danimarka ilə oyunu müzakirə etməyə gəlmişəm, Kriştianonu yox”.

Məlumata görə, Ronaldo milli komandanın düşərgəsindən ayrılaraq şəxsi təyyarəsi ilə Madridə yollanacaq.

Qeyd edək ki, futbolçunun millinin düşərgəsindən ayrılması ilə bağlı məlumat hələlik iddia xarakteri daşıyır.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu