- Millətlər liqası
- 00:57 01.10.2026
Portuqaliya millisinin baş məşqçisi Jorge Jezuş Millətlər Liqasında Norveçlə oyundan sonra Kriştiano Ronaldonun narazılığı ilə bağlı vəziyyətin tamamilə adi olduğunu bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Record” təcrübəli çalışdırıcının sözlərini belə çatdırıb:
“Mənə elə bir futbolçu göstərin ki, onun heç vaxt məşqçi ilə problemi, çətin vəziyyəti və ya münaqişəsi olmayıb. Heç vaxt məşqçiyə və ya özünə qarşı məyusluq yaşamayan futbolçu varmı?”
Jezuş komandanın daxilində heç kimin bu məsələyə xüsusi əhəmiyyət vermədiyini vurğulayıb.
Daha sonra baş məşqçi Ronaldo ilə söhbət edib. Jesusun sözlərinə görə, bu görüşü özü planlaşdırmayıb və mediada yayılan xəbərlər onu Ronaldo ilə danışmağa sövq edib.
Qeyd edək ki, Ronaldo qarşılaşmada start heyətində yer almayıb və bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Final fitindən sonra isə futbolçu azarkeşlərə təşəkkür etməyib. Mətbuatda onun Portuqaliya Futbol Federasiyasının rəhbərliyi ilə görüşməyi planlaşdırdığı barədə məlumat yayılıb.