1 oktyabr 2026. Cümə axşamı

Şlotterbek Millətlər Liqası oyunlarında olmayacaq


Şlotterbek Millətlər Liqası oyunlarında olmayacaq

Almaniya millisinin və Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek milli komandanın təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib.

90deqiqe.Az-ın “Bild"ə istinadən məlumatına görə, 26 yaşlı futbolçu topuq nahiyəsindən zədə alıb.

Futbolçunun zədələnməsi isə qəribə hadisə nəticəsində baş verib. Məşq zamanı oyunçular dörd qrupa bölünüb. Topla məşq zamanı Şlotterbek təsadüfən öz qrupunun meydançasından çıxaraq digər qrupa keçib və Finn Yelçlə toqquşub. Bundan sonra yerə yıxılan futbolçu topuğunu zədələyib.

Zədə səbəbindən Şlotterbek Almaniya millisinin düşərgəsini tərk edib. O, komandanın Millətlər Liqasında keçirəcəyi yaxın oyunlarda iştirak edə bilməyəcək.

Bununla belə, futbolçunun aldığı zədəyə görə əməliyyata ehtiyac olmayacağı bildirilib.







Millətlər liqası