- Millətlər liqası
- 00:57 01.10.2026
Portuqaliya millisi Kriştiano Ronaldonun milli komandanın düşərgəsini tərk etdiyini rəsmən təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyasının açıqlamasında bildirilib:
“Portuqaliya Futbol Federasiyası milli komandanın futbolçusu Kriştiano Ronaldonun Kopenhagendə yerləşən komandanın düşərgəsini tərk etdiyini bildirir. Danimarka və Norveçlə oyunlara hazırlıq milliyə çağırılan digər 24 futbolçu ilə plan üzrə davam edəcək”.
Ronaldo milli komandanın baş məşqçisi Jorge Jezuş ilə yaşadığı mübahisədən sonra düşərgəni tərk edib. Buna səbəb Jezuşun Norveçlə oyunda 40 yaşlı hücumçunu meydana buraxmaması olub.
Futbolçu bu gün sosial şəbəkə hesabında açıqlama ilə çıxış edib. Ronaldo azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib, baş verənlərlə bağlı öz versiyasını isə gələcəkdə açıqlayacağını bildirib.