1 oktyabr 2026. Cümə axşamı

Kriştiano Ronaldo Portuqaliya millisində karyerasını başa vurmaq qərarına gəlib


Kriştiano Ronaldo Portuqaliya millisində karyerasını başa vurmaq qərarına gəlib

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “O Jogo” məlumat yayıb.

Bildirilir ki, qərar artıq qəbul edilib və geri dönüşü yoxdur. Hücumçu bundan sonra Portuqaliyanı təmsil etməyəcək. Millətlər Liqasının 1-ci turunda Uelsə qarşı keçirilən və Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatan oyun onun milli komandadakı son matçı olub.

Qeyd edək ki, Ronaldo baş məşqçi Jorge Jesusun komandada heç bir münaqişənin olmadığını bildirməsinə baxmayaraq, Portuqaliya millisinin məşqini yarımçıq tərk edib. Onun yaxın saatlarda komandanın Millətlər Liqasının 3-cü turunda Danimarka ilə qarşılaşacağı Kopenhagen şəhərindən ayrılacağı gözlənilir. Baş məşqçi mətbuat konfransında Ronaldonun Danimarkaya qarşı oyunda iştirak etməyə biləcəyini də açıqlayıb. Hücumçunun özü isə milli komandanın düşərgəsindən ayrılması ilə bağlı qərarı barədə açıqlama verib.

Ronaldo Portuqaliya millisinin heyətində 234 oyuna çıxıb və 146 qol vurub.







Millətlər liqası