1 oktyabr 2026. Cümə axşamı

"Keyn İngiltərə millisində 100 qola çata bilər"


"Keyn İngiltərə millisində 100 qola çata bilər"

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandanın kapitanı Harri Keynin yaxın zamanda milli komandada 100 qol həddinə çata biləcəyini düşünür. 

90deqiqe.Az-ın məlumatına görə, “Goal”  çalışdırıcının sözlərini belə çatdırıb.

 “Bu həddə yaxınlaşır. Yenə qol vurdu. Daha 13 qol qalıb”

Keynin həqiqətən 100 qola çata biləcəyinə dair suala baş məşqçi belə cavab verib:

“13 oyun. Başqa Harri Keyn olmayacaq. O, ən yüksək səviyyənin ən yaxşı bombardiridir”.

Keynin özü isə gələcəyi çox uzağa hesablamamağa çalışdığını bildirib.

“Milli komandada 100 qol, şübhəsiz ki, xüsusi bir şey olardı. Hələlik sadəcə meydana çıxmaqdan, komanda yoldaşlarımla birlikdə oynamaqdan və üç şirli formanı geyinməkdən zövq alıram”.

Qeyd edək ki, hazırda 33 yaşlı hücumçunun İngiltərə millisinin heyətində 87 qolu var.Çexiya ilə oyunda (2:0) fərqləndikdən sonra Keyn milli komandaların bombardirləri siyahısında səkkizinci pilləyə yüksəlib.

İngiltərə millisi növbəti oyununu oktyabrın 3-də Millətlər Liqasında Xorvatiyaya qarşı keçirəcək.







Millətlər liqası