15 noyabr 2026. Bazar günü

“Bavariya”nın qapıçısı Almaniya millisində ilk dəfə əsas heyətdə meydana çıxacaq


“Bavariya”nın qapıçısı Almaniya millisində ilk dəfə əsas heyətdə meydana çıxacaq

“Bavariya”nın qapıçısı Jonas Urbiq Almaniya millisinin Serbiyaya qarşı keçirəcəyi oyunda ilk dəfə əsas heyətdə meydana çıxacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “BFW” məlumat yayıb.

“Bu, xüsusi məqamdır. Bütün həyatınız boyu belə bir fürsət üçün çalışırsınız. Sabah öz stadionumda meydana çıxacağım üçün çox sevinirəm. Yurgen Kloppun rəhbərliyi altında komanda olaraq ilk qələbəmizi qazanmaq üçün əlimdən gələni edəcəyəm”, – deyə Urbiq bildirib.

Qapıçı əsas heyətdə meydana çıxacağını bu gün məşq zamanı öyrəndiyini söyləyib. Urbiq qarşıdakı oyunla bağlı Manuel Noyerlə danışmadığını da qeyd edib. Bununla belə, o, Noyerin nümunəsinin inkişafına kömək etdiyini vurğulayıb.

Almaniya və Serbiya milliləri oktyabrın 1-də Millətlər Liqasının 3-cü turu çərçivəsində qarşılaşacaq.







Millətlər liqası

Norveç Uels üzərində inamlı qələbə qazandı
  • Millətlər liqası
  • 23:01 14.11.2026
Norveç Uels üzərində inamlı qələbə qazandı
“Mbappenin varlığı hər şeyi dəyişir”
  • Millətlər liqası
  • 22:43 14.11.2026
“Mbappenin varlığı hər şeyi dəyişir”