1 oktyabr 2026. Cümə axşamı

Türkiyə millisinin heyətinə iki futbolçu cəlb olunub


Türkiyə millisinin heyətinə iki futbolçu cəlb olunub

Türkiyə milli komandasının heyətinə iki futbolçu dəvət olunub.

90deqiqe.Az-ın Türkiyə Futbol Federasiyasına istinadən məlumatına görə, İtaliyanın “Torino” klubuna məxsus Emirhan İlkhan və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının futbolçusu Yusuf Akçiçek yığmanın düşərgəsinə qoşulub.

Hər iki oyunçu Türkiyənin U-21 millisindən əsas komandaya cəlb olunub.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçika, oktyabrın 5-də isə İtaliya ilə qarşılaşacaq. Komanda daha əvvəl Fransa (0:1) və İtaliyaya (1:4) məğlub olub.







Millətlər liqası