- Millətlər liqası
- 23:24 01.10.2026
Fransa millisinin sabiq futbolçusu Tyerri Anri Zinəddin Zidanın milli komandanın baş məşqçisi təyin olunması barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Anri Zidanın Fransa millisinin başına keçməsini yüksək qiymətləndirib.
“Zizunun gəlişi inanılmaz hadisədir. Futbolda Tanrı səviyyəsində olan bir insanın komandaya rəhbərlik etməsi... Mən bunu dini baxımdan heç kimi təhqir etmək istəmədən deyirəm, amma bizim üçün, futbolda o, həqiqətən Tanrı səviyyəsindədir”, – deyə Anri “Rothen s’enflamme” verilişində bildirib.
54 yaşlı Zidan bu ilin iyulunda Fransa millisinin baş məşqçisi təyin olunub. O, bu vəzifədə Didye Deşamı əvəz edib.
Zidanın rəhbərliyi altında Fransa millisi Millətlər Liqasının qrup mərhələsində Türkiyə (1:0) və Belçika (1:0) üzərində qələbə qazanıb.
Fransa millisi növbəti oyununu oktyabrın 2-də İtaliyaya qarşı keçirəcək.