- Millətlər liqası
- 23:24 01.10.2026
PSJ-nin futbolçusu Mika Qodts komandanın əsas heyətində yer almamasından narahat olmadığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “DH Les Sports” belçikalı futbolçunun sözlərini belə çatdırıb.
“Vaxtım var. Baş məşqçi Luis Enrike və klub mənə inanır. Sakitəm. Üzərimdə təzyiq yoxdur. Əlimdən gələni etməyə çalışıram. Təvazökar qalmağa, başımı itirməməyə və çox çalışmağa çalışıram. Məni ən çox heyrətləndirən bütün bu böyük futbolçuların bir-biri üçün necə çalışmasıdır. Komandada əsl kollektiv güc var”
21 yaşlı yarımmüdafiəçi ötən yay “Ayaks”dan 45 milyon avro qarşılığında Paris klubuna keçib. Qodts indiyədək heç bir oyunda əsas heyətdə meydana çıxmayıb. O, bütün turnirlərdə 6 dəfə sonradan oyuna daxil olub və bir məhsuldar ötürmə edib.
Az oyun praktikası keçirməsinə baxmayaraq, Qodts Belçika millisində özünü göstərməyi bacarıb. O, İtaliya ilə son oyunda əsas heyətdə meydana çıxıb və milli komandada ilk qolunu vurub. Görüş Belçikanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.