2 oktyabr 2026. Cümə

Edin Dzekonun Bosniya və Herseqovina millisində son oyunu olacaq


Edin Dzekonun Bosniya və Herseqovina millisində son oyunu olacaq

Edin Dzeko Bosniya və Herseqovina millisində son oyununu keçirəcək.

 90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı hücumçu Millətlər Liqasının III turunda oktyabrın 2-də Zenişada İsveç yığmasına qarşı meydana çıxacaq.

 “Oktyabrın 2-də İsveçlə oyunda milli komandamızda son matçımı keçirəcəyəm. Karyeramda hər dəfə bu formanı geyinərkən hiss etdiyim qürurla müqayisə oluna biləcək heç nə yoxdur”, – deyə Dzeko sosial şəbəkə hesabında yazıb.

Oyunun 11-ci dəqiqəsində BH Fanaticos azarkeş qrupu milli komandada karyerası ərzində 11 nömrəli formanı geyinən futbolçuya həsr olunmuş aksiya keçirəcək.

Final fitindən sonra Dzekonun iştirakı ilə rəsmi vida mərasimi təşkil olunacaq. Mərasim zamanı futbolçu üçün fəxri dəhliz yaradılacaq və ona xatirə hədiyyələri təqdim ediləcək.

Həmçinin azarkeşlərdən oyuna yumşaq oyuncaqlar gətirmələri xahiş olunub. Qarşılaşmadan sonra həmin oyuncaqlar Bosniya və Herseqovinadakı uşaq evlərinə göndəriləcək.

Qeyd edək ki, Dzeko milli komandada keçirdiyi 20 ilə yaxın müddətdə 151 oyunda iştirak edib, komandanın ən məhsuldar futbolçusu və kapitanı olmaqla yanaşı, Bosniya futbolunun əsas simvollarından birinə çevrilib.







Millətlər liqası