15 oktyabr 2026. Cümə axşamı

Niderland son dəqiqələrdə məğlubiyyətdən qaçdı


Niderland son dəqiqələrdə məğlubiyyətdən qaçdı

Millətlər Liqasının A Liqasında III turun Yunanıstan və Niderland milli komandaları arasında keçirilən oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Salonikidəki “Tumba” stadionunda keçirilən qarşılaşmanı baş hakim Marko Quida idarə edib. Görüş 2:2 hesabı ilə başa çatıb.

İlk hissənin ortalarında Yunanıstan millisinin hücumçusu Fotis İoannidis hesabı açıb. İlk hissəyə əlavə olunmuş dəqiqələrdə yarımmüdafiəçi Georgios Masuras meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Niderland millisinin müdafiəçisi Vircil van Deyk 59-cu dəqiqədə fərqi azaldıb. 89-cu dəqiqədə isə “narıncılar”ın yarımmüdafiəçisi Teyani Reynders hesabı bərabərləşdirib.

Qrup mərhələsinin növbəti turunda Yunanıstan oktyabrın 4-də Almaniya ilə, Niderland isə həmin gün Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliya finalda İspaniyanı əsas vaxtda 2:2 hesabı ilə başa çatan matçdan sonra penaltilər seriyasında 5:3 hesabı ilə məğlub edib.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı