14 oktyabr 2026. Çərşənbə

İrlandiya iki top üstünlüyünü qoruya bilmədi


İrlandiya iki top üstünlüyünü qoruya bilmədi

Millətlər Liqasında İrlandiya və Avstriya milli komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş 2:2 hesabı ilə başa çatıb. İrlandiya millisi ikinci hissədə iki top üstünlüyünü qoruya bilməyib.

 Meydan sahibləri oyuna fəal başlayıb və 12-ci dəqiqədə hesabı açıb. Troy Parrott fürsətdən yararlanaraq topu Avstriyanın qapısından keçirib və İrlandiyanı önə çıxarıb.

Fasilə ərəfəsində Parrott yenidən diqqət mərkəzinə düşüb. Hücumçu 45-ci dəqiqədə dublunu rəsmiləşdirərək meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb – 2:0.

İkinci hissədə Avstriya oyunun gedişatını dəyişə bilib. 72-ci dəqiqədə Aleksander Prass fərqi azaldaraq komandasının ilk qolunu vurub.

Cəmi beş dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər. 77-ci dəqiqədə Mixayel Qreqoriç İrlandiyanın qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib – 2:2.







Millətlər liqası

Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
  • Millətlər liqası
  • 01:17 10.10.2026
Serbiya millisi ev oyununu azarkeşsiz keçirəcək
Tuxel İngiltərə millisində rekorda imza atdı
  • Millətlər liqası
  • 01:49 07.10.2026
Tuxel İngiltərə millisində rekorda imza atdı