- Millətlər liqası
- 01:16 02.10.2026
Millətlər Liqasının oyununda Malta və Cəbəllütariq yığmaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hər iki qol ikinci hissədə vurulub.
İlk hissədə komandalar hesabı aça bilməyib. Malta daha çox oyuna nəzarət etməyə və hücumlar üçün imkanlar axtarmağa çalışıb. Cəbəllütariq isə əsas diqqəti müdafiəyə yönəldərək boş zonalardan yararlanmağa cəhd edib.
Fasilədən sonra meydan sahibləri istəyinə çatıb. 53-cü dəqiqədə Cosef Mbonq Cəbəllütariqin qapısına yol taparaq Maltanı önə keçirib – 1:0.
Lakin meydan sahiblərinin üstünlüyü uzun çəkməyib. 61-ci dəqiqədə Ceyms Skanlon fərqlənərək hesabı bərabərləşdirib – 1:1.