- Millətlər liqası
- 22:12 02.10.2026
UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Litva milli komandaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
90deqiqe.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Qustavo Korreya olacaq. Ona Andre Filipe Noqeyra Diaş və Andre Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR hakimi Brunu Esteveş, onun köməkçisi isə Ana Klaudiya Silva Ribeyru olacaq.
Qeyd edək ki, Azərbaycan – Litva qarşılaşması oktyabrın 4-də “8-ci kilometr” stadionunda keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.