- Millətlər liqası
- 23:00 02.10.2026
İngiltərə millisinin qapıçısı Cordan Pikford ehtiyatda qalmasını şərh edib və əsas heyətdə yer uğrunda rəqabəti müsbət qarşıladığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, “Goal” təcrübəli qolkiperin dediklərini belə çatdırıb.
“Klubda və ya millidə ehtiyatda qalmağım tez-tez baş verən hal deyil. Məşqçi bunun səbəblərini mənə izah etdi. Özümü dəyərləndirmək baxımından bu, faydalı oldu. Əsas məsələ komanda yoldaşları üçün yaxşı tərəfdaş olmaq, müsbət atmosferi qorumaq, məşqlərdə yaxşı çalışmaq və liderlik rolunu yerinə yetirməkdir. Mən oynamağı sevirəm, amma oyunu ehtiyat oyunçular skamyasından izləyirəmsə, yalnız İngiltərənin qələbəsini istəyirəm. Düşünürəm ki, bu vəziyyətin öhdəsindən çox yaxşı gəldim”
Qapıçı əsas heyətdə yer uğrunda rəqabətin vacibliyini də vurğulayıb.
“Bu, mənim üçün qeyri-adi idi, amma artıq iki ildir ki, eyni heyət daxilində birlikdə çalışırıq. Trafford “Lids”də yaxşı çıxış etməyə başlayıb. Hesab edirəm ki, rəqabət həmişə yaxşıdır. Müsahibələrimdə də həmişə demişəm ki, rəqabətin olmasını istəyirəm. Bizim tədricən inkişaf edən yaxşı qapıçılar qrupumuz var və bu, İngiltərə üçün böyük üstünlükdür. Ümid edirəm ki, belə də davam edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Pikford Millətlər Liqasının son iki oyununda meydana çıxmayıb. İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel İspaniya və Çexiya ilə matçlarda əsas heyətdə Ceyms Trafforda üstünlük verib.
Pikfordun oktyabrın 3-də Xorvatiya ilə matçda İngiltərənin əsas heyətinə qayıtması gözlənilir. O, həmçinin Çexiya ilə növbəti görüşdə də meydana çıxa bilər.