- Millətlər liqası
- 23:24 02.10.2026
“Arsenal” klubunun futbolçusu Xristos Tsolis budunun arxa əzələsindəki zədə səbəbindən təxminən üç həftə yaşıl meydanlardan uzaq qala bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Standard” məlumat yayıb.
24 yaşlı yunanıstanlı futbolçu Millətlər Liqasında Yunanıstan və Niderland yığmaları arasında keçirilən qarşılaşmada zədələnib.
Tsolis matçın əvvəlində zədə alsa da, oyunu davam etdirmək istəyib. Lakin Yunanıstan millisinin baş məşqçisi İvan Yovanoviç futbolçunun əvəzlənməsində israr edib.
Futbolçu cümə günü tibbi müayinədən keçib. İlkin məlumata görə, onun təxminən 20 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu səbəbdən Tsolis Yunanıstan millisinin Almaniya ilə matçını buraxacaq. O, həmçinin beynəlxalq fasilədən sonra “Arsenal”ın keçirəcəyi üç qarşılaşmada – oktyabrın 10-da “Lids”, 13-də “Lill” və 18-də “Nottingem Forest”ə qarşı oyunlarda iştirak etməyə bilər.