6 oktyabr 2026. Çərşənbə axşamı

“Çexiya bizi təəccübləndirməyəcək”


 “Çexiya bizi təəccübləndirməyəcək”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının şənbə günü keçiriləcək Çexiya ilə matçı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis rəqibin ciddi təhlükə yarada biləcəyini bildirib.

“Asan oyun olmur. Hər matçda yüksək səviyyədə çıxış etməliyik. Çexiya çox çətin rəqibdir. Onu qiymətləndirməyən komandalar üçün təhlükəli ola bilər. Lakin onların oyunu bizi təəccübləndirməyəcək”, – deyə de la Fuentenin sözlərini “Marca” qəzeti yayıb.

Qeyd edək ki, “Qırmızı furiya” payızdakı beynəlxalq fasilə zamanı Millətlər Liqasında iki qələbə qazanıb.

İspaniya əvvəlcə İngiltərəni 3:2 hesabı ilə məğlub edib, daha sonra Xorvatiya üzərində 4:1 hesablı qələbə qazanıb.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi