17 noyabr 2026. Çərşənbə axşamı

“İngiltərəni Braziliya və İspaniyadan üstün tutmuram”


“İngiltərəni Braziliya və İspaniyadan üstün tutmuram”

Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç UEFA Millətlər Liqasının 3-cü turunda İngiltərəyə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandasının matç boyunca sabit oyun göstərməli olduğunu vurğulayıb.

“Bütün matçı yaxşı və bütöv səviyyədə keçirməliyik. Mükəmməl olmasa da, sabit oynamalıyıq. İngiltərənin üstün olacağı hissələr olacaq, amma bizim də şanslarımız yaranacaq. Yığcam oynamalı, bir-birimiz üçün mübarizə aparmalı və topu qazandıqdan sonra İngiltərəni açılmağa məcbur etməliyik”, – deyə Biliç bildirib.

Xorvatiyalı çalışdırıcı İngiltərə ilə matçın onun üçün xüsusi əhəmiyyət daşımadığını da qeyd edib:

“Bu, mənim üçün ən xüsusi oyun deyil. Məsuliyyət İspaniya ilə matçdakı qədərdir. İngiltərəni Braziliya və ya İspaniyadan üstün tutmuram”.

Qeyd edək ki, Millətlər Liqasının qrupunda İspaniya 6 xalla liderdir. İngiltərə və Xorvatiyanın hərəsinin 3 xalı var. Çexiya isə xalsızdır.







Millətlər liqası

İsveçrə Şotlandiyanı darmadağın etdi
  • Millətlər liqası
  • 01:48 17.11.2026
İsveçrə Şotlandiyanı darmadağın etdi
Poçettino ABŞ millisi ilə son oyununa çıxacaq
  • Millətlər liqası
  • 23:44 16.11.2026
Poçettino ABŞ millisi ilə son oyununa çıxacaq
“Dominik Soboslai növbəti oyuna hazırdır”
  • Millətlər liqası
  • 23:30 16.11.2026
“Dominik Soboslai növbəti oyuna hazırdır”
Lixtenşteyn Litva səfərində məğlub olub
  • Millətlər liqası
  • 23:10 16.11.2026
Lixtenşteyn Litva səfərində məğlub olub