6 oktyabr 2026. Çərşənbə axşamı

Belçika millisi Türkiyəyə aman vermədi


Belçika millisi Türkiyəyə aman vermədi

UEFA Millətlər Liqasının A Liqasında III turun Belçika – Türkiyə matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Liyej şəhərindəki “Moris Dufran” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Belçika millisinin kapitanı Kevin De Brüyne 10-cu dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi 60-cı dəqiqədə ikinci qolunu vuraraq dubl edib.

Matçda son nöqtəni isə 76-cı dəqiqədə Romelu Lukaku qoyub – 3:0.

Bu qələbədən sonra Belçika 3 oyundan 6 xal toplayaraq qrupda ikinci pilləyə yüksəlib. Türkiyə isə keçirdiyi 3 matçın heç birində xal qazana bilməyib və sonuncu – dördüncü sırada qərarlaşıb.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar finalda İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb.

Portuqaliya Millətlər Liqasını iki dəfə qazanan yeganə komandadır.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi