6 oktyabr 2026. Çərşənbə axşamı

Polşa Rumıniyanı darmadağın etdi - Levandovski het-trik etdi


Polşa Rumıniyanı darmadağın etdi   - Levandovski het-trik etdi

UEFA Millətlər Liqasında Polşa və Rumıniya yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri rəqibini 6:0 hesabı ilə darmadağın ediblər.

Rumıniya 22-ci dəqiqədə müdafiəçisi Radu Draquşinin qırmızı vərəqə alması ilə azlıqda qalıb. Polşa bundan cəmi iki dəqiqə sonra hesabı açıb. Robert Levandovski 24-cü dəqiqədə komandasını önə keçirib.

İkinci hissənin əvvəlində Polşa üstünlüyünü daha da artırıb. Levandovski 47-ci dəqiqədə dublunu rəsmiləşdirib.

Bundan iki dəqiqə sonra Rumıniyanın müdafiəçisi Vircil Qitse topu öz qapısına göndərərək hesabı 3:0-a çatdırıb.

Polşa bununla kifayətlənməyib. Pyotr Zelinski 62-ci dəqiqədə fərqlənərək dördüncü qolu vurub. Dörd dəqiqə sonra Yan Bednarek hesabı 5:0 edib.

Matçın sonlarına yaxın Levandovski daha bir dəfə fərqlənərək het-trikini tamamlayıb.

Beləliklə, Polşa Rumıniya üzərində böyükhesablı qələbə qazanıb.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi