6 oktyabr 2026. Çərşənbə axşamı

İsveç səfərdə qələbəni əldən verdi


İsveç səfərdə qələbəni əldən verdi

UEFA Millətlər Liqasında Bosniya və Herseqovina ilə İsveç yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk hissədə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirib. Rəqib qapıları qarşısında ciddi təhlükəli epizodların az olduğu görüşün ilk yarısı qolsuz başa çatıb.

İsveç 61-ci dəqiqədə hesabı açıb. Viktor Dyökeresh fərqlənərək komandasını önə keçirib – 0:1.

Bundan sonra Bosniya və Herseqovina hücumlarını artırıb. Meydan sahiblərinin təzyiqi 80-ci dəqiqədə nəticə verib. Kerim-Səm Alaybegoviç hesabı bərabərləşdirib – 1:1.

Qalan dəqiqələrdə komandalar daha bir qol vura bilməyib və görüş heç-heçə başa çatıb.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi