6 oktyabr 2026. Çərşənbə axşamı

Moldova Qazaxıstana qalib gəldi


Moldova Qazaxıstana qalib gəldi

UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan və Moldova yığmaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Moldovanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 45+1-ci dəqiqədə açılıb. Moldova millisinin hücumçusu Niki Kleşşenko fərqlənərək komandasını önə keçirib.

İkinci hissənin əvvəlində qonaqlar üstünlüyü artırıblar. Petru Popesku 50-ci dəqiqədə hesabı 2:0-a çatdırıb.

Qazaxıstan 64-cü dəqiqədə fərqi azaldıb. Nurali Alip topu Moldova yığmasının qapısından keçirib.

Qalan dəqiqələrdə hesab dəyişməyib və Moldova səfərdən 3 xalla ayrılıb.

Bu qələbədən sonra Moldova 4 xal toplayaraq qrupda ikinci pilləyə yüksəlib. Qazaxıstan isə 1 xalla sonuncu – dördüncü sırada qərarlaşıb.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi