6 oktyabr 2026. Çərşənbə axşamı

Levandovski Polşa millisində 7 ildən sonra het-trik etdi


Levandovski Polşa millisində 7 ildən sonra het-trik etdi

Polşa millisinin hücumçusu Robert Levandovski UEFA Millətlər Liqasının Rumıniyaya qarşı oyununda het-trik edib.

90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı forvard qarşılaşmanın 24, 47 və 86-cı dəqiqələrində fərqlənib. Polşanın 6:0 hesablı qələbəsi ilə başa çatan matç Levandovski üçün xüsusi əhəmiyyət daşıyıb.

Belə ki, bu het-trik futbolçunun son 11 ayda ilk üçqolluq oyunu olub. Levandovski sonuncu dəfə ötən il noyabrın 9-da “Barselona”nın heyətində La Liqada “Selta”ya qarşı matçda üç qol vurmuşdu.

Qeyd edək ki, Levandovski ötən mövsümün sonunda “Barselona”dan ayrılıb. İyulun ortalarında isə 38 yaşlı hücumçu MLS təmsilçisi “Çikaqo Fayr”a keçib. O, yeni klubunda 15 oyunda 7 qola imza atıb.

Levandovskinin Polşa millisinin heyətində het-trik etməsindən isə təxminən 7 il keçmişdi. O, sonuncu dəfə 2019-cu il oktyabrın 10-da üç qol vurmuşdu.







Millətlər liqası

İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
  • Millətlər liqası
  • 00:53 06.10.2026
İsveç Rumıniyanı minimal hesabla məğlub etdi
Fransa Belçikanı darmadağın etdi
  • Millətlər liqası
  • 00:46 06.10.2026
Fransa Belçikanı darmadağın etdi
İtaliya Türkiyəni məğlub etdi
  • Millətlər liqası
  • 00:44 06.10.2026
İtaliya Türkiyəni məğlub etdi
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi
  • Millətlər liqası
  • 23:35 05.10.2026
Kipr son dəqiqələrdə Latviyanı məyus etdi