- Millətlər liqası
- 22:45 03.10.2026
Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan təyinat alıb.
90deqiqe.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Məsiyev Millətlər Liqasının Rumıniya – İsveç qarşılaşmasını idarə edəcək.
Ona həmyerliləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, Rumıniya – İsveç oyunu oktyabrın 5-də Buxarestdə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.